Bu gün Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin anım günüdür.
1958-ci may ayının 23-də Naxçıvan Muxtar Respublikasında anadan olan Y. Mirzəyev Azərbaycanda xalq hərəkatı başlanan ilk gündən fəallığı ilə seçilib. 20 Yanvar qırğınından sonra həbs edilərək ağır işgəncələrə məruz qalıb.
Həbsdən sonra könüllü olaraq döyüşlərə qatılıb.
Birinci Qarabağ müharibəsinin əsas qəhrəmanlarından biri olan Yusif Mirzəyev Goranboy və Tərtər uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. 1993-cü il fevralın 19-da şiddətli döyüşlərin getdiyi cəbhənin Tərtər istiqamətində əsir düşən əsgərləri xilas etməyə çalışarkən qəhrəmancasına şəhid olub.
Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.
Tanınmış sənətçilər Şahin Musaoğlunun bəstələdiyi və Şəmistan Əlizamanlının ifasında populyarlıq qazanan məşhur "İgid əsgər, möhkəm dayan" mahnısı Yusif Mirzəyevə həsr olunub.
Ruhu şad olsun!