Partiyanın Baş Məclisinin üzvü, hər zaman ictimai-siyasi aktivliyi ilə seçilən, mövqeyini sərgiləməkdən çəkinməyən ziyalı, dəyərli pedaqoq Əli Əhmədov vəfat edib.
Milli Azadlıq Hərəkatı başlayan ilk günlərdən onun sıralarına qoşulan Əli müəllim aktiv ictimai-siyasi fəaliyyətlə məşğul olub, üzləşdiyi çətinliklərə, məhdudiyyətlərə baxmayaraq, geri çəkilməyib.
Əli Əhmədov AY Partiya Təşəbbüs Qrupunun üzvü olub, təsis qurultayında Yüksəliş Partiyası Baş Məclisinin üzvü seçilib. Onun AY Partiyanın təşkilatlanması, sıralarının genişlənməsi, güclənməsi istiqamətində böyük xidmətləri olub.
AY Partiyanın üzvləri dəyərli pedaqoq Əli Əhmədovun vəfatından böyük sarsıntı keçirdiyini bildirir, ailəsinə, yaxınlarına baş sağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!