AYP Başqanı Füzulinin azad edilməsinin ildönümündə Güneylə bağlı çağırış etdi
Bu gün Füzuli şəhərinin erməni işğalından azad edildiyi gündür. Xalqımızı bir daha təbrik edir və əminliyimi bildirirəm ki, tezliklə Xankəndinin, digər torpaqlarımızın da işğaldan azad edilməsinin ildönümlərini qeyd edəcəyik.
Yaşasın, Azərbaycan Ordusu!
Bu müharibədə xalqımız bir bütöv oldu. Güney və Quzey Bütöv Azərbaycan rüzgarı əsdirdi. Məhz buna görə də bu sevincli günümüzdə, həm də qələbəni bizə çox görən, hər fürsətdə bizə düşmən mövqe sərgiləyən İranın soydaşlarımıza qarşı törətdikləri qanunsuz əməlləri diqqətdə saxlamağa və siyasi partiyaları bu mövzuda əməkdaşlığa çağırırıq.
Xatırlatmaq üçün bir daha bildirim ki, Güney Azərbaycanın 12 mədəni fəalı ağır cəzalara məhkum edilib. Ərdəbil Cəza Məhkəməsinin 102-ci şöbəsi 44 günlük Vətən Müharibəsi zamanı güneyli soydaşlarımızın təşkil etdiyi Qarabağın azadlığına dəstək mitinqində İran ərazisindən Ermənistana silah göndərilməsinə etiraz əlaməti olaraq keçirilən aksiyalarda iştirak etdikləri üçün saxlanılıblar və işgəncəyə məruz qalıblar.
Saxlanılan şəxslərə ümumilikdə 180 ay həbs və 888 şallaq cəzası verilib.
Bununla əlaqədar olaraq Azərbaycan Yüksəliş Partiyası (AY) aşağıda adıçəkilən beynəlxalq qurumlara beynəlxalq konvensiyaların prinsiplərinə uyğun olaraq, adekvat tədbirlərin görülməsi üçün məktublar göndərib.
1. ATƏT və ATƏT-in Bakı Ofisi
2. Avropa Şurası və Avropa Şurasının Bakı Ofisi
3. Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi və Avropa Parlamenti
4. BMT-nin Baş Katibi və . BMT-nin Bakı Ofisi
5. İslam Əməkdaşlıq Təşkilatı
AY Partiya bu beynəlxalq qurumların diqqətinə əsasən aşağıda göstərilən müddəalarla müraciət edib:
BMT səviyyəsində Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 27-ci maddəsinə əsasən, bu soydaşlarımızın hüquqları pozulub.
"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya və onun 1, 4, 6 və 7 saylı Protokolları;
1948-ci ildə BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin yaşamaq, azadlıq və şəxsi təhlükəsizlik hüququ; İşgəncə və alçaldıcı rəftara məruz qalmamaq hüququ;
Əsassız həbs və sürgünə məruz qalmamaq hüququ;
Dinc toplaşmaq və birləşmək azadlığı hüququ;
Onların sırf azərbaycanlı olduqları üçün həbs olunduqlarını nəzərə aldıqda: Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin Ayrı-seçkiliyə məruz qalmamaq hüququ;
Qanun qarşısında bərabərlik hüququ;
İrqi Ayrı-seçkiliyin Ləğvi üzrə Beynəlxalq Konvensiya (1965);
İşgəncə, Qəddar, Qeyri-insani və ya Alçaldıcı Rəftarın Digər Formalarına qarşı Konvensiya (1984);