Bu gün Azərbaycan elmi iki böyük tarixçisini itirib.
Tanınmış etnoloq, Azərbaycan Xalq Cümhuriyyəti və Məhəmməd Əmin Rəsulzadə irsininin araşdırmaçısı, tarix üzrə elmlər doktoru Aydın Balayev dünyasını dəyişib.
1956-cı ildə anadan olan Aydın Balayev Bakı Dövlət Universiteti və Lomonosov adına Moskva Dövlət Universitetlərini bitirib. O, cümhuriyyət tariximizlə bağlı böyük əsərlər ortaya qoyub.
Bu gün daha bir ailimimiz, AMEA Tarix İnstitutunun “Azərbaycanın tarixi coğrafiyası və demoqrafiyası” şöbəsinin müdiri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Fəridə Məmmədova vəfat edib. 1936-ci ildə anadan olan Fəridə Məmmədova Bakı Dövlət Universitetini bitirib, SSRİ EA Şərqşünaslıq İnstitutunda təcrübə keçib, oranın aspirantı olub. O, qədim fars (mixi yazi), orta fars (pəhləvi), qədim erməni (qrabar) və qədim gürcu dillərini bilirdi.
Fəridə Məmmədovanın Qafqaz Albaniyası ilə bağlı tədqiqatları ermənilərin hökmranlıq etdiyi Sovet tarix elmində Azərbaycanın haqq səsi idi. O, ermənilərin alban irsini mənimsədiyini, tarixən Qafqazda heç bir dövlət qurmadıqlarını sübut edirdi.
Azərbaycan Yüksəliş Partiyası hər iki alimin vəfatı ilə əlaqədar onların ailələrinə, yaxınlarına və xalqımıza dərin hüznlə başsağlığı verir, onların xatirəsini uca tutacağını bildirir.