Ermənistanın yeni müdafiə nazirinin əmri ilə Laçın və Kəlbəcər istiqamətində noyabrın 16-da törədilən təxribatın qarşısı ordumuz tərəfindən taktiki həmlə ilə alınıb.
Lokal döyüş əməliyyatı aviasiya istisna olmaqla, demək olar ki, bütün növ hərbi texnikadan istifadə edilərək davam edir.
Ermənistan ordusu bir neçə yüksəklik və postu itirib. Azərbaycan Ordusu bir çox hərbi texniki qənimətlər və hərbi əsirlər ələ keçirib.
Sərhədə yaxın yerləşən erməni kəndləri təhlükəsizlik üçün boşaldılıb, Kəlbəcərlə sərhəddəki qızıl yataqlarında (Ermənistan tərəf) işləyən əməkdaşlar təxliyə olunub. Hazırki situasiyada Azərbaycan Ordusu üstünlüyə sahibdir. Hərbçilərimiz adekvat tədbirlər görərək Ermənistanın minaatan və tank əleyhinə qurğusunu məhv edib.
Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb.
Erməni hərbçiləri tərksilah edilərək saxlanılıb. Ermənistan bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğrayıb.
Azərbaycan Yüksəliş Partiyası sərhəddəki gərginlikdən narahatlığını bildirir, Ordumuza və dövlətimizə güvəndiyini bəyan edir.
İnanırıq ki, Azərbaycan Ordusu düşmənə layiqli cavab verəcək, Azərbaycanın tam qələbəsini təmin edəcək.
Yaşasın Azərbaycan Ordusu!