Avqustun 30-u "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamənin qəbul olunduğu gündür.
1989-ci ilin 30 avqust günü Azərbaycan qanunverici orqanının - Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul olundu.
Ötən əsrin sonunda keçmiş sovet respublikaları öz müstəqillikləri uğrunda mübarizəyə qalxsa da, ən mütəşəkkil hərəkat Azərbaycanda idi və bunun da nəticəsində hakimiyyət, xalqın gücü qarşısında duruş gətirə bilmədi. Bu cür bəyannamənin qəbul olunması SSRİ məkanında ilk belə fakt idi.
Xalqın mənafeyini özündə ehtiva edən qanuna görə, Azərbaycanın sərvətləri onun icazəsi olmadan Mərkəzə göndərilə bilməzdi. Bəyannamənin qəbul edilməsi sonradan 1991-ci ilin 18 Oktyabrında Dövlət Müstəqilliyinin bərpası haqqında qanunun qəbuluna yol açdı. Ali Sovet bununla da Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun - Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etdi. Qəbul olunan sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulandı.
İstiqlalçı millət vəkilləri Tofiq Qasımov və Hacıbala Əzimov tərəfindən hazırlanan bu tarixi sənəd Ali Sovetin sessiyasında iştirak edən Azərbyacan Xalq Cəbhəsinin təmsilçilərinin ölkə və parlament rəhbərliyinə güclü təzyiqi nəticəsində qəbul edildi.
Azərbaycan Yüksəliş Partiyası 1989-cu ilin 30 avqust günündə "Azərbaycan Rüspublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyənnamənin qəbul olunmasını tarixi hadisə hesab edir və bu şərəfli mübarizədə canını qoymuş görkəmli insanların və hərəkatçıların əməyini yüksək qiymətləndirir, Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin müqəddəs ruhu qarşısında böyük sayğıyla baş əyir.