Sizi, doğum gününüz münasibəti ilə təbrik edir, ictimai-siyasi fəaliyyətinizdə uğurlar diləyirəm.
Siz Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizənin, Milli Azadlıq Hərəkatının ön sıralarında yer almısınız. Aktiv siyasətdə olduğunuz on illər ərzində daim demokratik cəmiyyətin bərqərar olması istiqamətindəki xidmətləriniz təqdirəlayiqdir. İstər Azərbaycan Xalq Cəbhəsinin qurucusu, istər Baş nazir, istər millət vəkili, istərsə də Azərbaycan Xalq Partiyasının Sədri olaraq, hər zaman demokratik dəyərlərə önəm vermisiniz, ölkənin ədalətli, şəffaf, demokratik şəkildə idarə olunması uğrunda mübarizə aparmısınız.
Sizi bir daha təbrik edir, uğrunda mübarizə apardığınız demokratik cəmiyyətin bərqərar olmasını arzulayıram.