Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_648a6f8abe422758178446d4435e005d, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
Azərbaycan Yüksəliş Partiyası Aprel şəhidlərini ehtiramla yad edir
2016-cı ilin aprel döyüşləri Azərbaycan ordusunun 21-ci əsrdə nələrə qadir olduğunun ilk işarəsi idi. Qısa müddətdə, dörd günlük əməlliyyatla çox vacib yüksəklikər erməni işğalçılardan azad edildi, düşmənin əlindəki böyük ərazilər nəzarətə götürüldü, ermənilərn çox təriflədikləri müdafiə xətti darmadağın edildi.
Bu zəfərdən sonra Azərbaycan xalqı və ordusu əmin oldu ki, tək yol savaşmaq və düşməni məhv etməkdir. Bunun üçün də milli birlik və bütünlüyümüzə zərər gətirəcək heç bir addım atılmadı, tək qayəmiz torpaqları azad etmək uğrunda inamla, əzmlə, fədakarcasına çalışmaq oldu. Bu inamı bizə bəxş edən Aprel döyüşlərinin iştirakçıları Azərabycanın və Türk Dünyasının önündə duran bütün əngəlləri yerlə bir etdilər, yeni Ergenekon yürüşünü başlatdılar.
AY Partiya Aprel döyüşləri şəhidlərinin ruhu qarşısında baş əyir, hər birini dərin ehtiram hissi və rəhmət dualarımızla anırıq. Qazilərimizin adını uca tutur, hər birinə can sağlığı diləyirik.