Azərbaycan Yüksəliş Partiyası başqanı Anar Əsədli, müavinləri Gülşən Hacıyeva və Rəşad Bakuvi Landmark oteldə “Adnan yaşasın!” adlı xeyriyyə kitab sərgisinə qatılıblar.
Digər kitab sərgilərindən fərqli olaraq, #kitablayaşat şüarı ilə təşkil edilən bu sərgi SMA xəstəliyindən əziyyət çəkən körpə Adnanın xilası məqsədilə keçirilir.
15-16 iyulda keçirilən aksiyada yerli və əcnəbi müəlliflərin əsərlərinin satışından əldə olunan vəsait körpə Adnanın müalicəsinə sərf ediləcək.
Müxtəlif mövzularda panellərin, tanınmış yazıçılarla görüşün, imza saatlarının keçirildiyi tədbirdə böyüklərlə yanaşı, uşaqlar da kitab satır, xeyriyyəçilik aksiyasına dəstək verirlər.
AY Partiya Başqanı tədbirin təşkilatçısı Nurman Tariq və sərgidə iştirak edən yazarlarla görüşüb, yaradıcılıq uğurları diləyib. Aksiyaya dəstək məqsədilə AY Partiyanın kitabxanası üçün yerli müəlliflərin və müxtəlif nəşriyyatların çap məhsulları alınıb.