Azərbaycan Yüksəliş Partiyası dövlət qeydiyyatına alındı
Xeyli yubanmadan sonra nəhayət ədalət yerini tapdı.
Azərbaycan Yüksəliş Partiyası artıq dövlət qeydiyyatına alınmış partiyaların sırasındadır.
Bu münasibətlə partiya üzvlərini və bizi sevənləri təbrik edirəm. Başladığımız çətin yolda inamla irəliləyirik. Necə deyərlər, haqq nazilər, üzülməz.
Qurulduğu ilk gündən yanımızda olan, dəstəyini əsirgəməyən, bu yolda əməyi olan hər kəsə sonsuz təşəkkürümü bildirirəm.
Azərbaycan Yüksəliş Partiyası bundan sonra da seçdiyi yolda inamla addımlamağa davam edəcək.
Hər birimizə çıxdığımız yolda uğurlar diləyirəm.
Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli