Hörmətli media nümayəndələri!
6 dekabr 2020 tarixində, saat 11.00 Azərbaycan Yüksəliş Partiyasının (AYP) video-konfrans formatda təsis qurultayı keçiriləcək.
AYP pandemiya ilə bağlı karantin rejimi və hərbi vəziyyəti nəzərə alaraq, təsis qurultayının onlayn keçiriləcəyi ilə bağlı xalqa müraciət edib, tədbirdə siyasi-ictimai təşkilatların, rəsmi qurumların təmsilçilərinin, fəxri qonaqları vəziyyət normallaşandan sonra tanıtım qurultayına dəvət olunacağını bəyan edib. Lakin bu, mətbuat nümayəndələrinə şamil olunmur.
Hörmətli media təmsilçiləri, sizi təsis qurultayımızı izləməyə dəvət edirik.
Qurultayda iştirak etmək istəyən mətbuat işçilərinin bununla bağlı əvvəlcədən 050-286-01-45 nömrəli telefonla əlaqə saxlayaraq, məlumat vermələri xahiş olunur.