Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_36aae656e5b3fe2caef5e4c1fc76c33a, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
Azərbaycan Yüksəliş Partiyası qrossmeyster Teymur Rəcəbovu təbrik edib
Azərbaycan qrossmeysteri Teymur Rəcəbov ötən gün onlayn keçirilən blits şahmat üzrə “Airthings Masters” turnirinin final görüşündə Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb və inamlı qələbə qazanıb. İlk görüşdə 2,5:1,5 hesabı ilə qələbə qazanan həmyerlimiz ikinci dueldə də rəqibindən üstün olub. Teymur Rəcəbov 3 görüşdən (2:1) sonra çempion tituluna yiyələnib. 4-cü matçın heç bir əhəmiyyəti qalmadığından oynanılmayıb. Çünki Aronyan qalib gələcəyi halda belə qrossmeysterimiz iki günün nəticəsinə əsasən, heç-heçə sayəsində də birinci olacaqdı.
Həmyerlimiz bununla ABŞ-da keçiriləcək Çempionlar Turuna da vəsiqə qazanıb.
Azərbaycan Yüksəliş Partiyası əzmli qələbə münasibətilə şahmatçımızı təbrik edir, uğurlarının davamlı olmasını arzulayır.
İşğalçı Ermənistanla uzun illərdir, davam edən və 44 günlük Vətən Müharibəsindən sonra həmyerlimizin erməni həmkarı üzərində əldə etdiyi qələbənin xalqımız üçün həm də böyük mənəvi tərəfdən önəmi böyükdür. Ümid edirik ki, Ordumuz düşməni səngərdə məğlub etdiyi kimi, diplomatlarımız masada, idmançılarımız yarış meydanlarında əzməkdə davam edəcək.