Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_4cf3e55c372219170657d3d6488216af, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
Azərbaycan Yüksəliş Partiyası Təşəbbüs Qrupunun növbəti toplantısı keçirilib
Yığıncaqda təşkilati məsələr müzakirə olunub. Fizika-riyaziyyat elmləri doktoru, professor Xanlar Həsənov, fizika üzrə fəlsəfə doktoru Nəbi Əliyev AYP-nin Təşəbbüs Qrupuna üzv qəbul edilib. Daha sonra gündəlikdəki məsələlər - Nizamnamə və Məramnamənin hazırlanması, yerli qurumların yaradılması müzakirə edilib.
AYP Təşəbbüs Qrupunun üzvləri ölkədəki siyasi durum, Türkiyə-Azərbaycan Silahlı Qüvvələrinin birgə təlimləri fonunda Türkiyə ilə hərbi işbirliyinin perspektivləri, eləcə də Belorusda keçirilən 9 avqust seçkisi müzakirə edilib. Azərbaycanın siyasi məkanında dialoq mühitinin genişlənməsini vacib sayan TQ üzvləri Türkiyə ilə münasibətlərin dərinləşdirilməsinin Azərbaycanın strateji maraqlarına uyğun olduğunu bildiriblər. Belorus seçkilərinin müzakirəsi zamanı xüsusi olaraq vurğulanıb ki, postsovet məkanında demokratik proses diqqətlə izlənməli, vətəndaş iradəsinin qalib gəlməsi üçün azad və ədalətli seçkilərin keçirilməsinə dəstək postsovet məkanında fəaliyyət göstərən siyasi təşkilat kimi prioritetlər sırasına aid edilməlidir.