Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_9ea9d00104003eb08e154d26ad58b649, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
Azərbaycan Yüksəliş Partiyasının Ali Baş Komandanın Şuşa səfəri ilə əlaqədar mesajı
Azərbaycan Yüksəliş Partiyasının Ali Baş Komandanın Şuşa səfəri ilə əlaqədar mesajı
Qarabağın işğaldan azad olunan hissəsində quruculuq işləri sürətlə davam edir.
Füzuli Beynəlxalq Hava limanın təməlinin qoyulması olduqca müsbət haldır. Dövlətimiz addım-addım Qarabağın bütün hissələrində bənzəri işləri başladıb, davam etdirməkdədir.
Bu prosesin aparıcı siması, şübhəsiz Ali Baş Komandanın özüdür. Onun Şuşaya və ətraf rayonlara səfəri bir daha göstərdi ki, Qarabağa qayıdış planı dönməz xarakter alıb, bundan sonra ancaq yeni quruculuq, abadlıq işlərinin həyata keçirilməsi haqqında xəbərlər alacağıq. Biz bu xəbərləri, bu səfərləri və bu prosesi təqdirlə qarşılayırıq, bildiririk ki, dövlətimizin və millətimizin suverenliyi yolunda atılan bütün müsbət addımların yanındayıq.
Millətimizə və dövlətimizə inamımız və dəstəyimiz tamdır!