Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_3a046d6c7d8ddaa60212b58203f37db9, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
Azərbaycan Yüksəliş Partiyasının Almas Ildırımı anım mesajı
Azərbaycan Yüksəliş Partiyasının görkəmli şair Almas İldırımın vəfatının 69-cu ildönümü ilə əlaqədar anım mesajı
Qəlbi Azərbaycanla döyünən görkəmli ədib, şeirləri yüz minlərin dillər əzbəri olan şair Almas İldırım 69 il əvvəl əbədiyyətə yol aldı. Həyatının şüurlu dövründə bütün amalı vətənini azad görmək, millətinə istiqlal arzulamaq olan şair bolşevik sovet rejiminin və repressiya mexanizminin bütün zülmünü yaşasa da, yolundan dönmədi və xalqımıza əvəzsiz ədəbi irs bəxş etdi.
25 mart 1907-ci ildə Bakıda dünyaya göz açan Almas İldırım azadfikirli insan olduğu üçün vətənindən didərgin salındı və hara getdisə, ancaq zülm və işgəncə gördü. Türkmənistanda sürgün həyatı yaşayan şair, daha sonra ailəsinin təhlükəsizliyi üçün İrana qaçdı. Amma orada da onu sovet agenti kimi qəbul etdilər və işgəncələrə məruz qoydular.
Son Türkiyəni seçən Almas İldırım ömrünün sonuna qədər yaşadı, 1952-ci il yanvarın 14-də, 45 yaşında Elazığda haqqa qovuşdu.
Ədəbi mirası “Dağlar səslənərkən”, “Boğulmayan səs” kimi şeirlər toplusundan və onlarla şeirlərdən ibarət olan şairin müasir nəsillər üçün çox əziz olan əsas əsəri “Əsir Azərbaycan” şeiridir.
Nerdə məni gül qoynunda doğuran,
Xəmirimi göz yaşıyla yoğuran,
Beşiyimdə “layla, balam” çağıran,
Azərbaycan, mənim baxtsız anam, oy,
Neçə bir il həsrətinlə yanam, oy?..
Bu misralarda şair əslində özünün də bəxtsiz taleyini dilə gətirir və vətən həsrətinin acısını hayqırır. Şübhəsiz, o öz şeirləri ilə Azərbaycanın istiqlalını daha da yaxınlaşdırır, müstəqilliyin bir gün əldə olunacağına inamı artırırdı.
İndi Azərbaycan azaddır və Almas İldırımın arzuları gerçəkləşib. Ona görə də hər birimiz istiqlal aşiqi Almas İldırımın ruhu qarşısında baş əyir, əziz xatirəsini ehtiramla yad edirik.