Bu gün tanınmış jurnalist, çağdaş mətbuatımızın parlaq imzalarından və Azərbaycan Yüksəliş Partiyasının qurucu üzvlərindən biri olan Aygün Muradxanlının doğum günüdür.
Gənc yaşlarından milli-azadlıq hərəkatına qoşulan dəyərli Aygün xanım, həmin proseslərdə fəallığı ilə seçilib. Elə o vaxtdan Azərbaycanda müstəqil mətbuatın formalaşıb təşəkkül tapmasına öz layiqli töhfəsini verib. Artıq uzun illərdir ki, oxucuların və Vətən təəssübkeşlərinin həsrətlə gözləyib, sevə-sevə oxuduğu azsaylı qələm adamları içində Aygün Muradxanlı imzasının xüsusi yeri var. Təcrübəli bir jurnalist olaraq cəmiyyətin ağrılı problemlərini, milli dərdlərimizin kökü və mahiyyətini qələmə alan Aygün xanım, öz fəal vətəndaş mövqeyi ilə də seçilən aydınlarımızdandır.
O öz təcrübə və simasını bu gün də Prime TV kimi populyar internet kanalında yorulmadan davam etdirir.
Aygün Muradxanlı həm də Azərbaycan Yüksəliş Partiyasının yaranmasında fəal iştirak edib. Partiyanın geniş fəaliyyət göstərib təşkilatlanmasında da Baş Məclis üzvü kimi fəaliyyət göstərir.
AY Partiyasının başqanı Anar Əsədli başqa olmaqla partiyanın hər bir üzvü əziz Aygün xanımı ürəkdən təbrik edir, şəxsi həyatında, mətbu yaradıcılığında və millət naminə işlərində uğurlar arzulayır.
Tanrı qorusun!