Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_2c15dcdeee4165fd8f67588490b41ff8, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
Azərbaycan Yüksəliş Partiyasının Çanaqqala Şəhidlərinin Anım Günü ilə bağlı mesajı
1915-ci il 18 Mart tarixi Türk tarixinin şanlı Çanaqqala döyüşünün başlandığı gündür.
Bu savaş Birinci Dünya müharibəsinin gedişində Osmanlı dövləti ilə Antanta dövlətləri arasında baş verən dəniz və quru döyüşü kimi tarixə düşüb. İttifaq ölkələri Osmanlı dövlətinin paytaxtı İstanbulu alaraq, boğazların idarəsini ələ keçirmək, Rusiya ilə etibarlı qida və hərbi ticarət yolu açmaq, almanların müttəfiqlərindən birini zəiflətmək məqsədilə ilk hədəf kimi Çanaqqala boğazı uğrunda döyüşə girir. Ancaq bu hücumlar uğursuzluqla nəticələnir, ağır itkilər verən İttifaq dövlətləri geri çəkilmək məcburiyyətində qalır. Onlar üçün bu döyüş əsl fəlakət simvolu hesab edilir.
Çanaqqala döyüşündə əsas canlı qüvvə və texnika ilə iştirak edən ingilislər 205 min, fransızlar 47 min, ümumilikdə düşmən tərəf 300 minə yaxın canlı qüvvəsini itirir və bundan əlavə, onların çoxlu sayda hərbi-texniki qüvvələri məhv edilir.
Döyüşdə Türk əsgərlərin göstərdiyi şücaət və qəhrəmanlıq düşmən generallarını və siyasilərini heyrətə gətirir. İngiltərənin baş naziri Uinston Çörçill yazırdı ki, Türklər Çanaqqalada ən müasir silahlarla silahlanmış güclər qarşısında bir qala kimi dayanmışdılar.
Bu döyüş yoxolma mərhələsində olan bir ölkənin möhtəşəm qələbəsi kimi əfsanələşərək, çoxəsrlik Türk tarixinin ən parlaq zəfərlərindən biri kimi xarakterizə edilir. Bir millətin gücünü ortaya çıxararaq, nələrə qadir olduğunu göstərən Çanaqqala döyüşü Türk Qurtuluş Savaşının gedişinə də böyük təsir göstərir. 1916-cı il yanvar ayının 9-a qədər davam edən Çanaqqala savaşı 253 min Türk şəhidin qanı bahasına başa gəlir. Bu döyüşlərə könüllü qatılan 3 min Azərbaycanlının şəhid olması barədə faktlar mövcuddur.
Türkiyədə Cümhuriyyət qurulduqdan sonra 18 Mart - Çanaqqala Şəhidlərini Anım Günü elan edilib.
Azərbaycan Yüksəliş Partiyası tarixə sığmayan dastanın qəhrəmanlarını dərin ehtiramla yad edir.