Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_f28cfdd733da7eee2865907db3e5dc8e, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
Azərbaycan Yüksəliş Partiyasının Nuru Paşanın anım günü ilə bağlı mesajı
Bu gün Qafqaz Türk-İslam Ordusunun əfsanəvi komandanı, Osmanlı ordusunun generalı Nuru Paşanın anım günüdür (Nuri Killigil; 1890, İstanbul - 02.03.1949, Sütlücə, İstanbul).
Gənc yaşlarından hərb sənətinin incəliklərini dərindən mənimsəyən Nuru Paşa Osmanlı dönəmində bir sıra döyüşlərə qatılaraq, mahir bir sərkərdə kimi böyük şöhrət qazanıb. Elə bu fitri qabiliyyətinə görə də qardaş ölkəyə - öz tarixinin ən kövrək və həyəcanlı anlarını yaşayan Azərbaycana göndərilib.
Azərbaycan İstiqlalının oturuşmasında, torpaqlarımızın erməni daşnaklarının işğalından qurtulmasında müstəsna xidmətləri olan tarixi şəxsiyyətdir. Onun komandanlığı altında Qafqaz Türk-İslam ordusu Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin ideallarının gerçəkləşməsi uğrunda şanlı döyüş yolu keçərək azadlıq mübarizəmizin tarixinə öz misilsiz töhfəsini verib.