Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_2cba02bfb6bdcc3d23fa1b29b50634c0, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
Azərbaycan Yüksəliş Partiyasının Ənvər Börüsoyun vəfatı ilə əlaqədar mesajı
İnsan var, bizi birlikdə çalışmağa sövq edir. İnsan var, bizə yeni yol göstərir. İnsan da var, parçalanmış bütünün bərpasına ömrünü fəda edir.
Ənvər Börüsoy məhz belə insan idi. O, parçalanmış Turan ellərinin birliyi üçün ömrünü, sağlamlığını qurban verən bir fədai həyatı yaşadı.
Onun dilindən yüzlərlə, minlərlə azərbaycanlı Sahanın, Altayın, Uralın tarixini, mədəniyyətini, min bir əziyyətlə qorunub saxlanılan dəyərlərini tanıdı və öyrəndi. Həmçinin, uzaq Türk yurdlarının insanları Azərbaycanın, Qarabağın həqiqətlərini onun dilindən eşitdilər. Ənvər bəy sadəcə Azərbaycanlı deyildi, o, böyük ürəyə sahib Turanlı idi.
AY Partiya rəhbərliyi və üzvləri onun ölüm xəbərini dərin üzüntü ilə qarşıladılar. Ənvər Bəy Börüsoy indi Tanrı Qurultayında özünün qam-şaman dostları, Türk dünyasının qəhramanları ilə birlikdədir.
Tanrı ruhunu oxşasın, yerini uca qılsın, Yalnız Qurt!