Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_2eeb802e4e5292c6e837123b13009b62, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
Azərbaycan Yüksəliş Partiyasının “Pakistan Günü” münasibəti ilə təbrik mesajı
23 Mart 1940-cı ildə Lahor şəhərində Müsəlman Birliyinin iclasında müstəqil Pakistan dövlətinin qurulması üçün hərəkatın başlanğıcını qoyan "Pakistan Qətnaməsi" qəbul edildi. Qətnaməyə görə, müsəlmanların sayca çoxluq təşkil etdiyi Hindistanın bölgələrində, misal üçün, Şimali-Qərbi və Şərqi Hindistanda olduğu kimi, müstəqil ştatlar yaratmaq üçün birləşdirilməli və bunları təşkil edən inzibati ərazi vahidləri muxtariyyət və suverenliyə sahib olmalıdır. Pakistanın müstəqil dövlət olma yolunda atılan bu addım həlledici və əsas istiqamətverici hadisə sayılır.
AY Partiya rəhbərliyi Azərabycana hər mənada dost və qardaş münasibət göstərən Pakistan dövlətini və xalqını “Pakistan Günü” münasibəti ilə təbrik edir, Pakistanın müstəqilliyi uğrunda çalışan və həyatını fəda edənləri ehtiramla yad edir.
Yaşasın Azərbaycan-Pakistan dostluğu və qardaşlığı!