Məlum olduğu kimi, ötən gün Qazaxıstanın Cambul vilayətində yerləşən hərbi hissənin silah-sursat anbarında güclü partlayış baş verib. Partlayışın ardından isə yanğın başlayıb. Nəticəsində indiyədək 9 nəfərin həlak olduğu, 90-dan çox insanın yaralandığı bildirilir. Onların əksəriyyəti Milli Ordunun hərbçiləri və Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır.
Azərbaycan Yüksəliş Partiyası qardaş ölkədən gələn bu sarsıdıcı xəbərdən kədərləndiiyini bildirir, həlak olanların ailələrinə, yaxınlarına, Qazaxıstan dövlətinə dərin hüznlə başsağlığı verir, yaralanan şəxslərə şəfalar diləyir.
Keçmiş olsun, qardaş Qazaxıstan!