Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_32e332907fcd5cf8e790c0b166fd7f01, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
Azərbaycanın yəhudi icmasına
Sizi yəhudi Yeni il bayramı olan Roş ha-Şana münasibətilə təbrik edir, hər birinizə xoş arzularımı çatdırıram.
Yüz illərdir, ölkəmizdə məskunlaşan və buranı özünə doğma vətən bilən, heç bir ayrıseçkiliklə üzləşməyən yəhudi icması öz adət-ənənələrini, dil və mədəniyyətini qoruyub saxlayıb.
Hər zaman Azərbaycanın yanında olan yəhudi xalqı torpaqlarımızın işğal altında olduğu zamanda, Vətən müharibəsi dönəmində dövlətimizə dəstəyini açıq şəkildə nümayiş etdirib, haqq səsimizin dünyaya çatdırılmasında yardımını əsirgəməyib.
Sizi yeniliyin, mənəvi saflığın, xeyirxahlığın və həmrəyliyin simvolu olan Roş ha-Şana bayramı münasibətilə bir daha təbrik edir, bəşəriyyətin sülh içərisində birlikdə yaşaya biləcəyi bir dünya arzulayıram.
Dərin hörmətlə, Anar Əsədli Azərbaycan Yüksəliş Partiyasının Başqanı Bakı şəhəri, 22 sentyabr 2022-ci il.