Bəyanatı imzalayanlar sırasında Azərbaycan Yüksəliş Partiyasının da adı qeyd edilib.
Bildirmək istəyirik ki, AY Partiya sözügedən bəyanatın mətniylə əvvəlcədən tanış olmayıb və onu təsdiqləməyib. Bir partiya rəhbərliyinə məlumat vermədən, adının hər hansı bəyanatın dəstəkçisi kimi qeyd edilməsini siyasi etikadan kənar və hörmətsizlik hesab edirik.
Xüsusi olaraq vurğulayırıq ki, Azərbaycan Yüksəliş Partiyası olaraq, Əli Əliyevin həbsinə etiraz edir və bir an öncə azad olmasını tələb edirik. Lakin bu etiraz və müdafiə partiyanın ictimaiyyətə təqdim etdiyi bəyanat (https://aypartiya.com/.../ay-partiyanin-vip-s-dri-li...) çərçivəsindədir.