Bu gün böyük tarixçi alim, Azərbaycan Xalq Cümhuriyyətinin araşdırmaçısı, dəyərli ziyalı Boran Əzizlinin doğum günüdür.
1954-ci il dekabrın 30-da dünyaya göz açan Boran Əzizli Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini bitirib.
Böyük alim Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycanda ikinci respublikanın qurulması, müstəqil Azərbaycan Respublikasının yaranması ilə bağlı önəmli tədqiqat işlərinin müəllifidir. 1920-1991-ci illərdə Azərbaycanda sovet işğal rejiminə qarşı mübarizə, ADR dövründə qaçqınlar probleminin həlli, Azərbaycanda Milli Azadlıq hərəkatı tarixinin öyrənilməsi onun araşdırmalarında xüsusi yer tutur.
Azərbaycan Yüksəliş Partiyası görkəmli alimi doğum günü münasibətilə təbrik edir, şəxsi həyatında və elmi işlərində uğurlar diləyir.