Bu günlərdə Azərbaycanın iki böyük aydını, dahi mütəfəkkirlər Mikayıl Müşfiq və Cəlil Məmmədquluzadənin anım günləri oldu.
Böyük şairimiz, gənc yaşında Rus İmperiyasının davamçısı Sovet hokumətinin represiyyasının qurbanı olmuş Mikayıl Müşfiq 5 iyun 1908-ci ildə Bakıda dünyaya gəlib.
O, Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış azadlıq şairlərdən biridir. Yaşının gənc olmasına baxmayaraq, Azərbaycanın Sovet hökuməti tərəfindən işğal olunduğunu dərk edir, fikirlərində buna etirazını açıq şəkildə göstərirdi. Elə bu səbəbdəndir ki, 1937-ci il repressiyaları Azərbaycan ədəbiyyatının, mədəniyyətinin görkəmli siması Mikayıl Müşfiqdən də yan keçmir. Onun "Azərbaycanın öz azadlığı yoхdur, o, Rusiyanın koloniyasında yaşayır" kimi fikirləri sovet idarəçilərinin xoşuna gəlmir. Nəticədə Müsavat gənclər təşkilatı ilə əlaqə saхlayıb, Kommunist Partiyası və Sovet hökumətinin ünvanına tənqidlər səsləndirmkdə ittiham olunaraq, ölüm hökmünə məhkum edilir. 1938-ci il yanvarın 6-da güllələnərək qətlə yetirilir. Ölümündən illər sonar, 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən bəraət alır.
Böyük mütəfəkkir Cəlil Məmmədquluzadə isə 10 fevral 1869-cu ildə Naxçıvanda anadan olub. Yazıçı, dramaturq, jurnalist, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri Cəlil Məmmədquluzadə Azərbaycanda və Şərqdə qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur.
Bütün əsərlərində cahilliyi, mövhumatçılığı, ədalətsizliyi sərt tənqid edən Mirzə Cəlil həyatında da bunlara qarşı mübarizə aparıb. Böyük dramaturq 4 yanvar 1932-ci ildə vəfat edib.
Azərbaycan Yüksəliş Partiyası hər iki aydını sayğıyla anır.