Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, böyük öndər Məhəmməd Əmin Rəsulzadənin vəfatından 67 il ötür.
1955-ci il martın 6-da 71 yaşında dünyasını dəyişən Rəsulzadə və silahdaşlarının yoxdan var etdiyi Azərbaycan Xalq Cümhuriyyəti Müsəlman Şərqində qurulan ilk demokratik dövlət kimi hər zaman qürur mənbəyimizdir.
Qurucu babalarımız təkcə Qafqaz və Rusiya Türklərinə deyil, ümumilikdə əzilən bütün xalqlara istiqlaliyyətin və hürriyyətin əldə edilməsinin düsturunu miras qoyublar.
Azərbaycan Yüksəliş Partiyası başda Rəsulzadə olmaqla, Azərbaycan insanına hürriyyət havasını tənəffüs etdirən dünyasını dəyişmiş bütün mübarizə liderlərini böyük ehtiramla yad edir, ruhları qarşısında baş əyir.