Bu gün Azərbaycan Yüksəliş Partiyası Baş Məclisinin sədr müavini Əlisəfa Quliyevin doğum günüdür.
Əlisəfa bəy gənc yaşlarından Azərbaycanın ərazi bütövlüyünün qorunması yolunda əlində silah qanlı döyüşlərdə canını qoyan Qazi qardaşımızdır. Birinci Qarabağ Savaşının qəhrəmanlarından biri kimi torpaqlarımızın qorunmasında böyük əmək sərf edib. Ə. Quliyev həm də vətənpərvər bir ziyalı olaraq ölkəmizin ictimai-siyasi həyatında fəallığı ilə seçilib.
Bu gün Əlisəfa bəy siyasi fəaliyyətini Azərbaycan Yüksəliş Partiyasında davam etdirir. Partiyamızın yaranması prosesinə ürəklə qoşulan əqidədaşımız Əlisəfa bəy, AY Partiyası Baş Məclisinin sədr müavini kimi təşkilatlanma yolunda da əməyini əsirgəmir. Onun kimi millətini sevən, ömrünü, gününü Vətənin inkişafı və dirçəldilməsinə həsr edən bir Qarabağ Qazisi, cəmiyyətdə böyük hörmət sahibi olan müdrik bir insanla bir partiyada olmaq AY Partiyasının üzvləri üçün qürurverici bir məqamdır.
Azərbaycan Yüksəliş Partiyası olaraq, dəyərli Əlisəfa bəyi doğum günü münasıbətilə təbrik edir, cansağlığı və işlərində uğurlar arzulayırıq.