Bu gün böyük Türk şair, Türkiyə Cümhuriyyətinin istiqlal marşının müəllifi Mehmet Âkif Ersoyun anım günüdür.
"Vətən şairi", "Milli şair" kimi xatırlanan Mehmet Akif Ersoy 1873-cü ildə İstanbulda anadan olub. Türkiyə Cümhuriyyətinin qurulmasında böyük xidmətləri olan Ersoy qurtuluş savaşı dönəmində Türkiyə Böyük Millət Məclisinin deputatlarından biridir.
Ersoy 1936-cı il dekabrın 27-də vəfat edib.
Vəfatının 84-cü ildönümündə böyük şairi sayğıyla anırıq.