Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_e90bd0fe8852e9157fe2107a4de5d5bd, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
Bu gün Pakistan dövlət müstəqilliyinin elan olunduğu gündür
Bu gün dünyanın nüfuzlu dövlətlərindən biri olan, dost və qardaş Pakistan İslam Respublikasının dövlət müstəqilliyinin elan olunduğu gündür.
1947-ci il avqust ayının 14-də müstəqilliyinə qovuşan Pakistan və onun mərd, dəyanətli xalqı, uzun illər boyu bu azadlıq üçün mübarizə aparmalı olub. Bu gün Pakistan, öz güclü, oturuşmuş dövlət strukturuna və yenilməz orduya malik stabil bir ölkədir. Qurulmasında və inkişafında Azərbaycan Türklərinin də böyük əməyi və zəhməti olan Pakistanla ölkəmizi çox səmimi və uzun tarixə malik əlaqələr bağlayır. Azərbaycanın müstəqilliyini qardaş Türkiyədən sonra tanıyan ikinci dövlət məhz Pakistan idi.
Qarabağın zəfərinə aparan 44 günlük müharibə zamanı Türkiyə ilə yanaşı Pakistanın da ölkəmizə verdiyi mənəvi dəstək insanlarımızda böyük ruh yüksəkliyinə səbəb olurdu. İkinci Qarabağ savaşında qüdrətli Pakistan dövlətinin yanımızda olması, hər bir Azərbaycanlı üçün qürurverici bir hadisəydi.
Azərbaycan Yüksəliş Partiyası Müstəqillik günü münasibətilə dost Pakistan dövlətini təbrik edir, bu ölkənin hər bir vətəndaşına rifah dolu gözəl ömür-gün arzulayır.
Azərbaycana doğma və əziz olan Pakistan dövlətinin daha da qüdrətli olması hamımızın istəyidir. Uca Yaradan bu işdə Pakistan dövlətinə böyük dəyanət və uğur nəsib etsin.