Nəhəng ərazisi, tükənməz təbii sərvətləri və mühüm strateji mövqeyinə görə seçilən Qazaxıstan, həm də Türk dünyasının bir hissəsi kimi hər birimiz üçün çox əzizdir. Qanlı qarşıdurmaların baş verdyi Qazaxıstan öz tarixinin ən ağrılı günlərini yaşayır.
Azərbaycan Yüksəliş Partiyası böyük və məkrli siyasi oyunun qurbanı olan qardaş Qazaxıstan xalqına başsağlığı verir, səbir, dözüm və düşdükləri bu faciəli durumdan tezliklə qurtulmalarını diləyir.