Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_03fe9c92e3399d9bb7eff74403504e9b, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
Bu parlament dövlətimizə yönələn təhdidlərin qarşısında dayana bilmədi
Son günlər ölkə gündəmində parlamentin buraxılması ilə bağlı xəbərlər artmaqdadır. Qarşıdakı aylarda referendum keçiriləcəyi, parlament seçkilərində majoritar seçki sistemi ilə yanaşı, proporsional seçki sisteminin də yenidən tətbiqinin rəsmiləşdiriləcəyi bildirilir. 2020-ci il 9 fevral parlament seçkilərindən dərhal sonra fərdi olaraq, partiyamız elan olunduqdan sonra isə təşkilat şəkildə parlamentin buraxılmasının vacibliyini vurğulamışıq. Total saxtakarlıqla formalaşmış bu parlament təbii ki, xalqın iradəsini ifadə edə bilməz və etmir. Bu parlament hətta Vətən müharibəsindən sonra dövlətimizə yönələn təhdidlərin qarşısında da dayana bilmədi. Həmçinin, ayrı-ayrı üzvlərinin yumşaq dillə desək, xoşagəlməz davranış və macəraları da mövcud parlamentin fəaliyyətinə vaxtından əvvəl xitam verilməsini aktuallaşdırıb. İctimai-siyasi həyatda partiyaların fəaliyyəti artırılmalı və ciddiləşdirilməlidir. Proporsional seçki sistemini aktuallaşdıran amillərdən biri də budur. Düşünürük ki, parlament çoxpartiyalı sistem üzrə formalaşdırılmalı və sözün həqiqi mənasında dövlətin, xalqın mənafelərini müdafiə etməlidir. Ümumiyyətlə, seçki sistemi vətəndaşların ictimai-siyasi həyatda iştirakının təminatçısı olmalıdır. Bu baxımdan Azərbaycanda bələdiyyə seçkilərinə də ciddi önəm verilməlidir. Bunun üçün bələdiyyələrin statusu mütləq və mütləq artırılmalıdır. İnsanların seçkiyə inamı bərpa olunmalıdır. Vətən müharibəsindən sonra Azərbaycanda ən vacib məsələ demokratiyanın bərqərar olmasıdır. Demokratik cəmiyyət quruculuğu istiqamətində addımların atılması şərtdir. Bunun üçün parlamentli respublika modelinə gedilməlidir. Parlamentli respublikanın yolu isəhəm də proporsional seçki sistemindən keçir.