Milli Azadlıq Hərəkatının lideri, milli düşüncə, milli təfəkkür, azadlıq, demokratiya abu-havasını minlərlə, hətta milyonlarla insana aşılayan, anladan, öyrədən, yaşadan eks-prezident Əbülfəz Elçibəyin doğum günüdür.
Tarix millət üçün yetişdirdiyi şəxsiyyətlərlə zəngindir. XX əsrin Azərbaycan xalqına bəxş etdiyi Əbülfəz Elçibəy isə milli sərvət, milli dəyərdir.
Əbülfəz Elçibəy imzasının tarixin müstəqil Azərbaycan səhifəsi üçün əhəmiyyəti, illərlə ona qarşı aparılan əks təbliğatlara baxmayaraq, hər zaman xalqın yaddaşındadır.
Milli şüurun oyanması, milli təfəkkürün formalaşması prosesi illərlə zaman alır. Əsl müəllim təmkini ilə xalqı bu prosesə hazırlaya bilmənin qürur və bəhrəsi özünü 80-ci illərdə Milli Azadlıq Hərəkatında göstərdi.
Uğrunda böyük mücadilə verdiyi müstəqil Azərbaycan Respublikasının prezidenti seçilməsi xalqın ona olan böyük sevgi və etimadı idi.
İdeyaların gerçəkləşib, arzuların reallaşacaq. Çünki Səndən öyrənilən əbəs deyil. Tarix və zaman bunun sübutudur.
Azərbaycan Yüksəliş Partiyası anadan olmasının 84-cü ildönümündə Əbülfəz Elçibəyin xatirəsini böyük ehtiramla yad edir.