Görkəmli dramaturq, ictimai xadim, “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və ideya müəllifi Cəlil Məmmədquluzadənin anım günüdür.
O, 1932-ci il yanvarın 4-də vəfat edib.
1869-cu il fevralın 10-da dünyaya göz açan Cəlil Məmmədquluzadə ibtidai təhsilini Naxçıvanda alıb, daha sonra Qori Müəllimlər Seminariyasını bitirib. Ərəb, fars, rus dillərini mükəmməl bilən ədib bir müddət müəllim kimi fəaliyyət göstərib.
Azərbaycanda və Şərqdə qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoyanlardan biri olan dramaturq ilk nömrəsi 1906-cı il aprelin 7-də çıxan "Molla Nəsrəddin" jurnalının nəşrinə başlamaqla Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında satirik jurnalistikanın da banisi olub.
O, bütün şüurlu ömrünü maarifçiliyə, cahilliyə, savadsızlığa və dini xurafatlara qarşı mübarizəyə, millətimizin azadlığına həsr edib.
Azərbaycan Yüksəliş Partiyası vəfatının 90-cı ildönümündə görkəmli ictimai xadimi sayğı ilə yad edir.