18 mart qardaş Türkiyənin tarixində Çanaqqala Zəfəri günü kimi qalıb.
Birinci Dünya Savaşı dönəmi, 1915-1916-cı illər aralığında Osmanlı və Atlanta dövlətləri arasında baş verən dəniz və quru döyüşü zamanı düşmən qüvvələrinin əsas məqsədi o zamankı paytaxt olan İstanbulu ələ keçirərək boğazlara nəzarət etmək, eyni zamanda Rusiya ilə qida, hərbi ticarət yolu açmaq, almanların müttəfiqlərindən birini zəiflətmək idi.
Türk əsgərinin tarixə qızıl hərflərlə yazdığı Çanaqqala Şəhidlərinin Günü kimi qeyd olunan bu gün Çanaqqala Savaşında igid türk övladlarının verdiyi mücadilə ilə bilavasitə bağlıdır.
Qəhrəman Türk Ordusunun Çanaqqala cəbhəsindəki əzmkarlığı təkcə türk tarixinin deyil, bütün dünyaya örnək ola bilən hadisədir. Bu savaşda Türk Ordusu silah gücü, təchizat baxımından özündən qat-qat güclü olanlarla çox böyük ustalıqla savaşmış, zəfərin ən uca məqamını tarixə həkk etdirmişdi. Bununla yanaşı, dünya hərb tarixində türk əsgərinin sivil insanlarla davranışı, mərhəməti nümunə olaraq yaddaşda qalıb.

Hər əsgəri dastan yazan möhtəşəm Türk Ordusu düşmənə qarşı verdiyi bu müqəddəs mücadiləni zəfərlə sonlandırmışdı.
Azərbaycan Yüksəliş Partiyası Çanaqqala şəhidlərini, mücahidlərini böyük sevgi və sayğı ilə yad edir.
ər əsgəri dastan yazan möhtəşəm Türk Ordusu düşmənə qarşı verdiyi bu müqəddəs mücadiləni zəfərlə sonlandırmışdı.
Çanaqqala şəhidlərini, mücahidlərini böyük sevgi və sayğı ilə yad edirəm.