Daha bir işıqlı və intellektli gənc Azərbaycan Yüksəliş Partiyasının üzvləri sırasına qoşuldu.
Bu, Bakı Dövlət Universitetinin politologiya ixtisası üzrə 3-cü kurs tələbəsi Murad Vəliyevdir.
O, 2002-ci ildə Naxçıvan şəhərində dünyaya gəlib, orada orta məktəbi bitirib.
Muradın seçdiyi ixtisasla yanaşı, ölkənin ictimai-siyasi həyatında aktiv iştirakı çox sevindiricidir. İnanırıq ki, partiyanın Gənclik Təşkilatında da dinamik fəaliyyəti ilə yeni uğurlara imza atacaq. Ən əsası, biz yüksəliş tarixini gənc siyasətçilərimizlə birgə yazacağıq!