Azərbaycan Yüksəliş Partiyasının sıraları genişlənməkdə davam edir.
AMEA Dilçilik İnstitutunun sektor müdiri, filologiya üzrə fəlsəfə doktoru dosent Elçin İsmayılov, filologiya üzrə fəlsəfə doktoru Zamiq Təhməzov, sosioloq-araşdırmaçı Sahib Nəbiyev (Altay) AY Partiyaya üzv olublar.
AY Partiya Başqanı Anar Əsədlinin iyunun 27-də imzaladığı sərəncama əsasən, Elçin İsmayılov AY Partiya Başqanının Elm və təhsil məsələləri üzrə müşaviri təyin olunub.
1965-ci ildə Kürdəmir rayonunda anadan olan Elçin İsmayılov orta təhsilini orada alıb. Ali təhsilini Azərbaycan Pedoqoji Universitetində alıb, AMEA dissertanturasını bitirib.
Anar Əsədlinin digər sərəncamı ilə Sahib Altay AY Partiya Başqanının Gənclərlə iş üzrə müşaviri təyin edilib. 1991-ci ildə Şəkidə anadan olan Sahib Altay orta təhsilini Şəkidə, ali təhsilini Bakı İslam Universitetində alıb. Bundan başqa, Türkiyənin İstanbul Aydın Universitetində analitik sosiologiya üzrə magistr təhsili alıb.