Azərbaycanın Milli Qəhrəmanı, mindən çox Xocalı sakininin həyatını xilas etmiş əfsanəvi döyüşçüsü Allahverdi Bağırovun şəhadətə qovuşduğu gündür.
1946-cı il aprelin 22-də Ağdamda anadan olan Allahverdi Bağırov Qarabağ və ətrafında qanlı münaqişlərin başladığı ilk günlərdən futbol karyerasını yarıda qoyaraq, savaşa qatıldı.
Vətən və millət sevgisi onu düşmənin önündə sipər olmağa, canını Azərbaycanın bütünlüyünə qurban verməyə qədər apardı.
Ağdamda əhalinin yardımı və öz vəsaiti ilə özünümüdafiə dəstələri quran Bağırov qısa müddətdə erməni muzdlulara və silahlı birləşmələrinə qarşı uğurlu əməlliyyatlar həyata keçirdi. O, qardaşı Eldar Bağırov kimi xalqımızın əsarətə düşməməsi və torpaq bütövlüyümüzün təmini üçün əlindən gələni əsirgəmədi.
Ağdamda Azərbaycanın üçrəngli bayrağını ilk dəfə qaldıran şəxs kimi tarixə düşən Milli Qəhrəman 1992-ci il iyunun 12-də avtomobilinin minaya düşməsi nəticəsində şəhid olub.
Azərbaycan Yüksəliş Partiyası dönməzlik, əzmkralıq, mərdlik rəmzinə çevrilən Allahverdi Bağırovun əziz xatirəsini ehtiramla yad edir.