Warning: session_start(): open(/var/cpanel/php/sessions/ea-php73/sess_f5127843295c53a48734ac823112da0c, O_RDWR) failed: Disk quota exceeded (122) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/ea-php73) in /home/aypartiya/public_html/index.php on line 0
Görkəmli mütəfəkkür-alim Mirzə Fətəli Axundzadənin doğum günüdür
Bu gün Azərbaycan dramaturgiyasının banisi, görkəmli mütəfəkkür-alim Mirzə Fətəli Axundzadənin doğum günüdür.
Azərbaycan ictimai fikrinin formalaşmasında böyük rol oynayan, eləcə də maarifçilik məktəbinin önündə gedən isimlərdən ən önəmlisi olan M.F.Axundzadə XlX əsr yeni ədəbi məktəbin banisidir.
Ədəbi yaradıcılığa şeirlə başlamasına baxmayaraq, yazdığı komediyalar nəinki Azərbaycan, eləcə də Şərq və bütövlükdə türk-müsəlman ədəbi mühitində bir inqilab, yenilik və böyük yolun başlanğıcı oldu.
O, mütəfəkkir, eyni zamanda Azərbaycan milli teatr sənəti üçün əvəzsiz xidmətlər göstərən, səhnə hərəkatının əsasını qoyan əsas şəxslərdən olub.
Azərbaycan Yüksəliş Partiyası böyük dramaturq, ictimai-xadim Mirzə Fətəli Axundzadənin ruhunu dərin hörmətlə yad edir.