Şərqi Türküstanın Gulca şəhərində dinc əhalinin Çin silahlı qüvvələri tərəfindən amansızlıqla qətlə yetirilməsindən 25 il ötür.
1997-ci il fevralın 5-də Ramazan ayında Türküstanın müstəqilliyini istəyən 30 Uyğur türkününün edamına etirazını bildirən türklərə hücum edən Çin əsgərləri yaş və cins fərqi qoymadan onları atəş açıb. Həmin gün minlərlə Uyğur türkünün qətlə yetirildiyi bildirilir. Bu, bəs deyilmiş kimi, hadisənin ertəsi günündən ilin sonunadək yüz min nəfərə yaxın türk aksiya keçirməyə cəhd bəhanəsilə tutulub, minlərlə türk məhkəmənin hökmü ilə güllələnərək öldürülüb.
Tutulanlardan yüzlərlə türk döyülərək, soyuqda üzərlərinə su sıxılmaqla dondurularaq, qətlə yetirilib.
Təkcə 9 dekabr 1997-ci il tarixində min nəfərdən çox türk edam olunub.
Üstündən 25 il keçməsinə baxmayaraq, nə bu qətliamda qətlə yetirilənlərin sayı açıqlanıb, nə də olaya görə Uyğur xalqından üzr istəyən olub.
Azərbaycan Yüksəliş Partiyası Gulca şəhidlərini dərin hüznlə yad edir, Şərqi Türküstandakı soydaşlarımızın insan haqlarının pozulması ilə bağlı məsələləri daim gündəmdə saxladığını bildirir.