Dünyada 21 fevral Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.
Hər bir millətin var olma səbəblərindən biri onun milli-ana dilidir. Dil təkcə özünü ifadə, ünsiyyət vasitəsi deyil, eyni zamanda xalqın yaddaşını, ənənəsini, ədəbiyyatını, maddi-mənəvi irsini təzahür etdirən məvhumdur. Ana dili insanların, xalqların mənəviyyat göstəricisidir.
Bu günün tarixini araşdırsaq, Banqladeşin Benqal şəhərində dörd tələbənin həyatlarnı itirmək bahasına ana dillərinin rəsmi dil olması uğrunda apardıqları mübarizənin nəticəsi olduğunu görərik.
Elə həmin gün - 21 fevral UNESCO tərəfindən Beynəlxalq Ana Dili Günü elan edilib.
Bir millətin öz dilinə sevgisi keçmişinə, bu gününə, sabahına sahib çıxmasıdır.
Dövlətin qorunması, inkişafı, güclənməsidir. Dil dövləti, dövlət xalqı təmsil edir.
Dil təkcə danışıq deyil, həm də yazı mədəniyyətidir. Azərbaycan türkcəsində danışaq, bu türkcə ilə yazaq. Dilimizi sevək ki, ona xor baxanlardan qoruya bilək.
Ana dili anamızın laylası, atamızın nəvazişidir. Bu dillə fəxr edək, qürur duyaq!