Azərbaycanın görkəmli xanəndələrindən biri, ustad sənətkar, Xalq artisti Rübabə Muradovanın doğum günüdür.
22 mart 1933-cü ildə Ərdəbildə dünyaya göz açan Rübabə Xəlil qızı Muradova gənc yaşlarında Quzey Azərbaycana gələrək, bir müddət Sabirabad Dövlət Dram Teatrında işləyib. Orada işləyərkən böyük sənətkar, Xalq artisti Ələsgər Ələkbərov onu Bakıya, Filarmoniyaya dəvət edib. 1951–1955-ci illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində (Seyid Şuşinskinin sinfində) təhsil alıb, 1954-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında əvvəlcə solist, sonra məşqçi-pedaqoq olub.
Opera və Balet Teatrında səhnəyə qoyulan “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Koroğlu” və digər operaların baş rollarında çıxış edib, unudulmaz obrazlar yaradıb.
Mezzo-soprano səs tembrinə malik sənətkar 28 avqust 1983-cü ildə Bakıda vəfat edib.
Azərbaycan Yüksəliş Partiyası ustad xanəndənin xatirəsini ehtiramla yad edir.