Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_c50623f72d075fc74661813fe6765b95, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
Həsən bəy Zərdabi - 184
Bu gün Azərbaycan tarixinin yetişdirdiyi böyük şəxsiyyətlərdən biri olan Həsən bəy Zərdabinin doğum günüdür.
Görkəmli ziyalı, maarifçi, jurnalist və alim Həsən bəy Zərdabi (Məlikov) 28 iyun 1837-ci (bəzi mənbələrdə 1842) ildə Zərdabda doğulub. Lomonosov adına Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində təbiət elmləri üzrə ali təhsil alıb. Bütün fəaliyyəti boyu maarifçi ideyaların yayılması uğrunda mübarizə aparan Həsən bəy 1875-ci ilin iyul ayının 22-də yaratdığı "Əkinçi qəzeti ilə bütün müsəlman Şərqində mətbuatın əsasını qoyub.
H. Zərdabi "Əkinçi" qəzeti vasitəsilə dövrün mütərəqqi ziyalıları ilə birlikdə millətinin bağrından qopan arzuların, milli ideyaların yayılmasında, o insanların öz hüquqlarını dərk edib, mübarizə aparması, maarifçiliyin bərqərar olması yönündə böyük işlər görərək, həyatını bu mübarizəyə həsr edib. O, həmçinin elmi fəaliyyətlə məşğul olaraq, Şərqin ilk təbiətşünas alimi kimi də tanınıb.
1907-ci ildə dünyasını dəyişən Həsən bəy Zərdabinin məzarı Fəxri Xiyabandadır.
Azərbaycan Yüksəliş Partiyası bütün ömrünü millətinin böyük ideallarına həsr etmiş Həsən bəy Zərdabinin xatirəsini daim uca tutur, onun parlaq xatirəsini ehtiramla yad edir.