Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi tarixində böyük xidmətləri olan, XlX əsr maarifçilərinin dəyərli ismi, böyük mütəfəkkir Həsən bəy Zərdabinin doğum günüdür.
Azərbaycan milli mətbuatının banisi hesab olunan Zərdabi ömrünü xalqın maariflənməsi, düşüncə tərəqqisinin inkişafına həsr edib. Həsən bəy Zərdabinin yaratdığı ənənə, XlX əsr ictimai-mədəni həyatında qoyduğu bünövrə, gördüyü işlər bu günümüzə qədər xalqa xidmət edən zəngin mirasdır.
Azərbaycan Yüksəliş Partiyası maarifçi-alim, jurnalist, pedaqoq, görkəmli naşir Həsən bəy Zərdabinin xatirəsini dərin sayğı və sevgi ilə yad edir.