Bu gün sevilən aktyor və rejissor, bədii qiraət ustası Həsən Əblucun doğum günüdür.
Həsən Abbasqulu oğlu Əbluc 22 aprel 1942-ci ildə Təbriz şəhərində anadan olub, uşaq yaşlarında ailəsi ilə Bakıya köçüb. İndiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyorluq və rejissorluq" fakültəsini bitirən Həsən Əbluc uzun illər Gənc Tamaşaçılar Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərib, müxtəlif televiziya tamaşalarında, eləcə də filmlərdə zəngin rollar yaradıb.
Bədii qiraət ustası Həsən Əblucun əsrarəngiz səsi və nitqi, səhnə mədəniyyəti böyük dinləyici-tamaşaçı kütləsini pərəstişkara çevirmişdi.
Uzun illər pedaqoji fəaliyyətlə məşğul olub, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığının sirlərini yetişən aktyor-rejissor nəslinə aşılayıb.
H.Əbluc 13 mart 1994-cü ildə dünyasını dəyişib.
Azərbaycan Yüksəliş Partiyası dəyərli sənətkar Həsən Əblucun xatirəsini dərin sayğı ilə yad edir.