Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Vətən Müharibəsi Qəhrəmanı, “Şuşa fatehi” Hikmət Mirzəyevin doğum günüdür.
Hər iki Qarabağ savaşında, Aprel döyüşlərində iştirak edən, qatıldığı bütün döyüşlərdə qəhrəmanlıq göstərən Hikmət Mirzəyevin Şuşanın azad edilməsində misilsiz xidmətləri olub.
Azərbaycan Yüksəliş Partiyası Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyevi təbrik edir, cansağlığı arzulayır, Azərbaycan Bayrağının o və onun kimi qəhrəmanların sayəsində ən qısa zamanda Xankəndi, Xocavənd, Xocalıda da dalğalanacağına əminliyini bildirir.