Azərbaycan Yüksəliş Partiyası 28 May – Müstəqillik Günü ilə əlaqədar “Hürriyyət havasını tənəfüs edək!” adlı bayram tədbiri təşkil edib.
Tədbirin rəsmi hissəsininin açılışını edən moderator, professor Qulu Məhərəmli qonaqları salamlayıb.
Daha sonra tarix üzrə dosent Firdovsiyyə Əhmədova “Azərbaycan Xalq Cümhuriyyətinin varlığını şərtləndirən geosiyasi amillər” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövrdə baş verən geosiyasi şəraitdən danışıb.
Xarici qonaqların da qatıldığı tədbirdə professor Nəsib Nəsibli, professor Ədalət Tahirzadə, Türkiyəli araşdırmaçı-jurnalist Səlçuk Alkın və dosent Boran Əzizli də məruzə ilə çıxış edəcəklər.
Bundan əlavə, tədbirdə AY Partiya tərəfindən təsis edilən Məhəmməd Əmin Rəsulzadə Mükafatı da 2022-ci il üzrə seçilən mükafatçılara təqdim olunacaq.