Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_d70df4a117db46220c42c1ffc1690b78, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
İnsanların şəxsi həyatına müdaxilə yolverilməzdir
Uzun illərdir ki, cəmiyyətimizi saran və insanların mənəviyyatını pozan ən iyrənc hadisələrdən biri də tanınmış simaların, ictimai fəalların, xüsusilə də müxalif düşüncəli siyasilərin şəxsi həyatına müdaxilə, onların yataq səhnələrinin ictimailəşdirilməsi oldu. Bundan əziyyət çəkən insanların başına gətirilənlər hamımızın gözünün qarşısında baş verdi. Və təbii ki, çoxları bu cür ləyaqətsiz hallardan sarsıntı keçirdi.
Əvvəlki dönəmlərdə ən çox müxalifət təmsilçilərinə qarşı həyata keçirilən belə “əməliyyatlar” vaxtilə bunları təşkil edənlərin özlərinə qarşı çevrilib. Heç şübhəsiz ki, bu “təşkilatçılar”ın biri və ən birincisi, həm də “məşhuru” sabiq məmur Əli Həsənov idi. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin keçmiş müdiri öz tvitter səhifəsində “nə zamansa tualetdə gizli çəkilmiş və böyür-başı müxtəlif erotik videolarla bəzədilmiş video”sundan bəhs edib. Əlbəttə onun başına gətirilənlər də qəbulolunmazdır, amma adam bunu da deməkdən özünü saxlaya bilmir ki, Ə.Həsənov əslində, “öz əkdiklərinin bəhrəsini dadır”. İllər boyu ona və onunkimilərə deyəndə ki, “beldən aşağı iş görmək” olmaz, bunu deyən adamlara gülürdülər. İnsanların yatağına girmək heç kimə heç vaxt şərəf gətirməyib. Bu, əvvəllər də beləydi, bundan sonra da belə olacaq. İnsanları şantaj etmək, onların ləyaqəti ilə oynamaq gec-tez hər kəsin öz başında çatlayır. Gərək, Əli Həsənov bu gün baş verənləri o vaxt gözünün altına alıb, belə murdarlıqları heç kimə rəva görməyəydi. Cəmiyyətin vicdanlı kəsimi zamanında bunu çox deyirdi. Amma bu həyəcan təbili, yuxarıda oturub, hər gün bir hoqqa çıxarmaq üçün baş sındıran əlihəsənovların umurunda deyildi.
Biz o vaxt dediklərimizi indi bir daha təkrar etmək məcburiyyətindəyik. Bu gün də davamız odur ki, insanların şəxsi həyatına burun soxmaq olmaz.
Ehtiram İlham Azərbaycan Yüksəliş Partiyası Başqanının humanitar məsələlər üzrə müavini