Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_5d4e93853f1863568116c3d3114d41bd, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
İqbal Ağazadədən AY Partiyaya təbrik
Ümid Partiyasının Sədri İqbal Ağazadə Azərbaycan Yüksəliş Partiyasının 1-ci ildönümündə ilə əlaqədar təbrik ünvanlayıb.
Təbrikdə deyilir:
"Bu gün Azərbaycan Yüksəliş Partiyasının yaranmasından 1 il ötür.
Azərbaycanda demokratik dəyərlərin, seçki mühitinin formalaşması üçün meydanda siyasi institutlar, vətəndaş cəmiyyətləri, Qeyri-Hökümət Təşkilatları ilə yanaşı partiyaların da fəaliyyəti önəmli əhəmiyyət kəsb edir.
Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti Azərbaycan Yüksəliş Partiyası başqanı Anar Əsədlini, partiyanın üzvlərini partiyanın yaranmasının 1 illiyi münasibətilə təbrik edir, vətənə, dövlətə, millətə xidmət yolunda – siyasi fəaliyyətlərində uğurlar arzulayır".