İran mollakratiyası mahiyyətini çox gizlədə bilməzdi
Son vaxtlar İran tərəfindən ölkəmizə qarşı təhdidlər baş alıb gedir. Adi əyalət mollasından tutmuş rəsmi şəxslərə, o cümlədən xarici işlər nazirinə kimi xeyli İran yetkilisi Azərbaycanın İkinci Qarabağ Savaşındakı qalibiyyətindən əndişəli olsuqlarını biruzə verməyə başlayıb.
Əslində bu, gözlənilən idi.
Çünki İran mollakratiyası öz mahiyyətini çox gizlədə bilməzdi.
Torpaqlarımızın işğalına göz yummağı bir yana, Ermənistan kimi düşmən bir ölkəyə hər cür köməkdə bulunan İran hakimiyyəti öz mahiyyətinə uyğun fəaliyyətdədir.
Təbii ki, onlar yerlərində otuzdurulmalı və cavabları kəskinliklə verilməlidir. Bu işdə isə, çox təəssüf ki, Azərbaycanın dövlət başçısından başqa heç bir iqtidar təmsilçisinin tutarlı cavabı gözə dəymir. Bu işdə sanki bir sistemsizlik, plansızllq hiss olunur. Əslində isə Ərdəbil mollasının cavabını məsələn Şəkili din xadimi verməli olduğu kimi, İranın xarici işlər nazirini də Azərbaycanlı həmkarı susdurmalıydı.
Görünür, bunun da başlıca səbəbi yeni təfəkkürdən, müasir düşüncədən uzaq idarəçiliyin iş başında olması, azad sözün boğulması, plüralizmə meydan tanınmaması və başqa cəmiyyətimizdə mövcud olan bu kimi neqativ halların davam etməsindədir.
Azərbaycan Yüksəliş Partiyası Başqanın müavini Ehtiram İlham