İranın Azərbaycanda casus şəbəkəsi var. Ətrafına da xeyli kütlə toplamağa çalışır.
Məlumdu ki, İran dini siyasətə çevirib. Bəzi şiələr də düşünür ki, din elə İran deməkdir.
“Nardaran hadisələri”ndən tutmuş “Hüseynçilər” adı altında Suriyaya gedənlərə qədər, bütün məsələlərdə İranın izinin olduğu aşkardı.
Ancaq unutmaq olmaz ki, bütün Azərbaycanda şiələr İran aşiqləri deyil.
Bu informasiyalar da böyük ehtimalla "İrançı" şəbəkələrin sabotajıdır.
Düşünmürəm ki, bu qrup mətbuatda deyildiyi səviyyədə təşkilatlanmış olsun. Azərbaycanın xüsusi xidmət orqanları bu cür separatçı qruplaşmaları görməzdən gələcək qədər naşı deyil.
İran praktiki olaraq, Azərbaycanla bacara bilmədiyi üçün bu cür təxribatlara əl atıb, xalqı içindən bölməyə çalışır.
Buna görə də “bütün şiələr İran aşiqidir” fikri reall deyil yanlışdır və zərərlidir.
İkinci daha vacib məqam...
Təxminən 1 il əvvəl - noyabrın 7-də Milli Məclisin İntizam komissiyası deputat Bəhruz Məhərrəmov barəsində intizam tədbirinin tətbiqinə qərar verib. Buna səbəb Bəhruz Məmmədovun parlamentin 2020-ci il noyabrın 6-da keçirilən plenar iclasında İran və İranın ali rəhbərinin ünvanına səsləndirdiyi tənqidi fikirlər olub. Komissiya hesab edib ki, deputatın fikirləri Azərbaycan və İran arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir. Deputat çıxışlarında məsuliyyət hissini rəhbər tutmalı, Azərbaycanın milli maraqlarını daim nəzərə almalıdır.
Komissiyanın üzvləri bildiriblər ki, Bəhruz Məhərrəmovun səsləndirdiyi fikirlər heç bir halda parlamentin mövqeyini ifadə etmir. Onların fikrincə, xalqlarımız və dövlətlərimiz arasında dostluq münasibətlərinə heç kəs xələl gətirə bilməz.
Məşhur ifadədə deyildiyi kimi: Nə oldu?)))
Kim xələl gətirdi bu dostluğa?
Uzun zamandır, vurğulayırıq ki, müxalifət dövlətin strateji sütunudur, xarici təhdidlərin qarşısında dövlətin əlini gücləndirəcək manevr imkanlarına sahibdir, hakimiyyət təmsilçiləri deyir “yox, hər şeyi biz bilirik”.
Budur, sizin bildikləriniz???
Bir deputata söylədiyi fikirə görə cəza verdiniz, bu gün də deyirsiniz ki, İran özünü yığışdırmalıdır.
Utanın!
Ayıbdır!
Müstəqil düşüncəyə qarşı hakim kəsilməyiniz xarici təhdidlərin qarşısında ölkəni cətin vəziyyətə salır.
Dünən cəzaya səs verən deputatın bu gün İran haqqında danışması qədər ikrah doğuran bir şey ola bilməz.
Qalib ölkə demokratik seçkilərə getməsə, mövcud hakimiyyət azad fikrə, təşəbbüslərə hətta ən yaxşı halda laqeyd qalsa belə, bu, bizim üçün xarici təhdidlə bağlı ciddi təhlükələr yaradacaq.
Ən qısa zamanda ideoloji cəhətdən ciddi formalaşmış aydınların, siyasətçilərin parlamentdə yer alması lazımdır. Yoxsa ki, cəza verən deputatın bu gün asıb-kəsməsinin nə qədər gülməli və qeyri-ciddi olduğunu bizdən yaxsı elə düşmən bilir.
Anar Əsədli
Azərbaycan Yüksəliş Partiyasının Başqanı